SİZİN REKLAM BURADA!
055 213 76 73


İsrailin Qəzzaya hücumları davam edərkən, bölgədə ikinci cəbhə açılmaq üzrədir.

İsrail və "Hizbullah" təşkilatı arasında gərginlik artdıqca, Qərb ölkələrindən “Livanı tərk edin” çağırışları artır.

Artıq Kanada, ABŞ, Rusiya, Almaniya, Hollandiya və İrlandiya hökumətləri öz vətəndaşlarına Livana səyahət etməməyi və bu ölkədə olanlardan isə dərhal tərk etmələrini istəyib.

Rusiyanın Beyrutdakı səfiri Aleksandr Rudakov “Rossiya 24” televiziyasına açıqlamada Rusiya vətəndaşlarının mümkün olduğu təqdirdə Livana səfərlərini təxirə salmalarını istəyib. Şimali Makedoniya və Küveyt müraiətlər edib.

BMT-dən də yeni müharibə ilə bağlı xəbərdarlıq gəlib. BMT baş katibinin humanitar məsələlər və fövqəladə yardım koordinatoru Martin Griffiths xəbərdarlıq edib ki, İsrail və Hizbullah arasında müharibə yayılarsa, bu, bölgədə "fitilli bomba" effekti yarada bilər.

BAKU.WS