Pakistan od tutub yanır - Son 6 gündə 568 nəfər istidən ölüb
27
iyn
2024
17:12
Pakistanın Kəraçi şəhərində təsirini davam etdirən istilər nəticəsində son 6 gündə 568 nəfər həyatını itirib.
BAKU.WS xəbər verir ki, havanın temperaturunun 49 dərəcəyə yüksəlməsi və yüksək rütubətin təsiri nəticəsində ölənlərin sayı artır.
Təcili yardım xidmətinin verdiyi açıqlamada, həddindən artıq istilər səbəbindən gündə 30-40 nəfərin cəsədinin şəhər meyitxanasına gətirildiyi, lakin son 6 gündə 568 nəfərin həyatını itirdiyi bildirilib.
Qeyd olunub ki, ölümlərdən 141-i təkcə çərşənbə axşamı günü baş verib.
Oxşar xəbərlər
Türkiyəyə qızmar istilər gəlir: Temperatur 45 dərəcəyə çatacaq
Türkiyənin Mərmərə, Egey, Aralıq dənizi, İç Anadolu və Qərbi Qara dəniz bölgələrində havanın temperaturu mövsümi normadan 8-12 dərəcə yuxarı, digər bölgələrdə 4...