SİZİN REKLAM BURADA!
055 213 76 73


Terrorçuların Dağıstanın Dərbənd və Mahaçqala şəhərlərində həyata keçirdikləri hücum nəticəsində 9 nəfər həyatı itirib.

BAKU.WS xəbər verir ki, məlumatı Dağıstan Respublikası Müftiliyi yayıb. Həlak olan şəxslərdən yeddisi hüquq-mühafizə orqanları əməkdaşlarıdır. Hücum nəticəsində 25 nəfər yaralanıb.

Hücumdan sonra dörd terrorçunun zərərsizləşdirildiyi bildirilir. Onlardan üçünün şəxsiyyəti müəyyənləşdirilib. Həmin şəxslərədən ikisi Dağıstanın Serqoqala rayonunun rəhbəri Maqomed Omarovun oğlanları, biri isə Omarovun bacısı oğludur. 

***06.24.2024 00.07

Hüquq-mühafizə orqanı əməkdaşları Mahaçqala şəhərindən çıxışı bağlayıb.

BAKU.WS xəbər verir ki, məlumat Dağıstan Respublikasının Telegram-kanalında yerləşdirilib.

"Mahaçqaladan çıxış güc strukturları əməkdaşları tərəfindən bağlanıb. Boeviklərin əlaltıları gizlənərək şəhərdən qaçmağa cəhd edə bilərlər.", - deyə məlumatda qeyd olunur.

***22.19

Rusiya Federasiyasının Dağıstan respublikasının Dərbənd və Mahaçqala şəhərlərində antiterror əməliyyatı rejiminin tətbiqinə başlanılıb. 

BAKU.WS gazeta.ru-ya istinadən xəbər verir ki, bir müddət əvvəl iki provaslav məbədi, sinaqoq və Yol-patrul xidmətinin postuna hücum olub. Hücum avtomat silahlarla edilib. Hücum nəticəsində 6 xüsusi xidmət oranları əməkdaşı həlak olub daha 12 nəfər isə xəsarət alıb. Həmçinin məbədin mühafizəçisi və keşiş Nikolay Kotelnikov da öldürülüb. Kilsə, sinoqoq və polis avtomobili yandırılıb.

İki terrorçu zərərsizləşdirilib, ikisi isə saxlanılıb. Hazırda polislə silahlılar arasında döyüş gedir. 

BAKU.WS