SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Dağıstanda əməliyyat keçirib.

Bu barədə "iz.ru" portalı məlumat yayıb.

Şamil Basayev və Xəttab dəstələrinin keçmiş üzvü Dağıstanın Xasavyurt rayonunun Novosasitli kəndində ələ keçib.

Onun 1999-cu ildə Dağıstan ərazisində 99 nəfərin ölümü ilə nəticələnən hücumda iştirak etdiyinə sübutlar ortaya çıxıb.

“Rusiya Federasiyasının İstintaq Komitəsi ilə birgə aparılan iş zamanı Dağıstan Respublikasının sakini – Rusiya vətəndaşı, 1973-cü il təvəllüdlü İbrahim Maqomedovun bu cinayətdə iştirakına dair təkzibolunmaz sübutlar bazası formalaşdırılıb. Buna görə cinayət cəzası nəzərdə tutulur”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, çeçen silahlılarının Dağıstanı işğal etməsi 1999-cu ilin avqustunda baş verib. Onlar sərbəst şəkildə Dağıstanın Botlix rayonuna daxil olaraq bir sıra yaşayış məntəqələrini ələ keçiriblər. Ayın sonunadək hərbçilər, daxili qoşunlar və könüllülər yaraqlıları işğal olunmuş məntəqələrdən çıxarıb, Çeçenistana geri çəkilməyə məcbur edə biliblər.

Bununla belə, artıq sentyabr ayında silahlılar yenidən Dağıstanı zəbt ediblər və Novolakski rayonunda kəndləri və komandanlıq yüksəkliklərini ələ keçiriblər. Bu hərəkətlərin nəticələrindən biri İkinci Çeçenistan Müharibəsinin başlaması olub.

1999-cu ilin avqust-sentyabr aylarında federal qüvvələrin itkiləri təxminən 300 ölü və 800-ə yaxın yaralalı olub.

BAKU.WS
VİDEO