SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın mərkəzi yerlərindən birində kanalizasiya xətti qırılaraq asfaltın üzərinə axır.

BAKU.WS xəbər verir ki, Yasamal rayonu Şamil Əzizbəyov 99 ünvanında yaşayan sakinlər bu xoşagəlməz haldan narazıdırlar.

Bu barədə BAKU.WS-in "Qaynar xətti"nə görüntülər daxil olub.

Vətəndaşlar qeyd edir ki, artıq 6 aydır burada kanalizasiya xətti qırılıb və suyu kənara axır.

Nəticədə ərazidə üfunət və pis qoxu hökm sürür. Xoşagəlməz hal ucbatından sakinlər pərncərə və qapıları açıb təmiz hava qəbul edə bilmirlər.

Onlar bununla bağlı aidiyyatı qurumlara şikayət etdiklərini, lakin problemin hələ də həll edilmədiyini vurğulayıblar.

BAKU.WS sözügedən videonu təqdim edir:

BAKU.WS
VİDEO