SİZİN REKLAM BURADA!
055 213 76 73



Dağıstanın Azərbaycanla həmsərhəd Məhərrəmkənd rayonunda  iki nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən atışmaya səbəb  borc pul olub. APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Dağıstanın hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.   
 

Məlumata görə, insidentlə əlaqəli 6 nəfər saxlanılıb, 15 nəfərədək şəxsin axtarışı davam etdirilir.
 
“Ümumilikdə münaqişədə 20-dək şəxs iştirak edib. Onlardan bir qrupu Məhərrəmkənd rayonuna Dərbənd şəhərindən gəlib. Mübahisə pul üstündə, daha dəqiq, borca görə yaranıb”, - deyə mənbə bildirib.  
 
Məlumata görə, insidentdə Məhərrəmkənd rayonu rəhbərinin qohumları iştirak edib. Onlardan biri Eldar Yaralıyev öldürülüb, rayon rəhbərinin qardaşı oğlu isə yaralanıb.  

BAKU.WS