SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində 2 nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
 
BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Cavadxan qəsəbəsində qeydə alınıb.
 
Avtomobil 2011-ci il təvəllüdlü Ə.Məmmədlini və daha bir yeniyetməni (ad və soyadı dəqiqləşdirilir-red) vurub.
 
Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyəti ağır qiymətləndirilir.
 
Faktla bağlı araşdırma aparılır.
BAKU.WS