SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhərində baş verən hadisə ilə əlaqədar oktyabrın 23-də saat 14:00 radələrində TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub.
 
Qurumdan BAKU.WS-ə bildirilib ki, hadisə yerinə 12 təcili tibbi yardım briqadası cəlb edilib. 6 nəfərə yerində yardım göstərilib, 9 nəfər isə tibb müəssisəsinin nəzdində olan xəstəxanalara təxliyə olunub.
 
Xəsarət alan 6 nəfər akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya, 2 nəfər Abbas Səhhət adına Xəstəxanaya, 1 nəfər isə Uşaq Xəstəxanasına təxliyə olunub.
 
Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Akademik Zülfüqar Məmmədov adına Xəstəxanaya yerləşdirilən 4 nəfər ambulator müalicə üçün evə buraxılıb.
 
Hazırda Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan tibb müəssisələrində 5 nəfərin müalicəsi davam etdirilir. Onların vəziyyətləri stabildir.
 
Qeyd edək ki, xəsarət alanlar 1988-ci il təvəllüdlü G.Hüseynova, 1988-ci il təvəllüdlü G.Verdiyeva, 1972-ci il təvəllüdlü S.Həsənova, 2007-ci il təvəllüdlü G.Hüseynova, 2006-cı il təvəllüdlü G.Alıyeva, 1985-ci il təvəllüdlü E.Hüseynov və daha 2 nəfərdir.
***16:01
Gəncədə baş verən yol-nəqliyyat hadisəsi zamanı yeddiyə yaxın şəxs xəsarət alıb.
 
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, həmin şəxslərin xəstəxanaya təxliyəsi aparılır.
 
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, hadisə ilə əlaqədar Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları hadisə yerinə cəlb olunublar:
 
“Qəza zamanı xəsarət alanların xəstəxanaya aparılması təmin edilib. Araşdırmalar davam etdirilir, əlavə məlumat veriləcək”.
 
Hadisə zamanı ölüm qeydə alınmayıb.
*** 14:47
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
 
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Xan Bağı ərazisində qeydə alınıb.
 
1 nömrəli marşrut üzrə hərəkət edən sərnişin avtobusu yolun kənarındakı xəndəyə düşərək aşıb.
İlkin məlumata görə, xəsarət alanlar var. Məlumata görə, avtobusun aşdığı ərazidə bir müddət öncə yaşayış binası inşa olunurmuş, işlər yarımçıq saxlanılıb.
BAKU.WS
VİDEO

QALEREYA