SİZİN REKLAM BURADA!
055 213 76 73


Respublika İncəsənət Gimnaziyasında yay tətili tədris ilinin sonunda - yəni iyunun 15-də plan üzrə başlayacaq.

Gimnaziyanın direktoru Aytən Əhmədovanın BAKU.WS-ə verdiyi məlumata görə, şagirdlərin təmirlə əlaqədar 189 və 190 saylı məktəblərə köçürüləcəyi məsələsi dəqiqləşsə də bunun detallarına hələ tam aydınlıq gəlməyib.

İbtidai siniflərin və yuxarı siniflərin hansı məktəbə yerləşdiriləcəkləri məsələsi hələ də dəqiqləşməyib. Direktorun məlumatına görə, bu detallar aydın olandan sonra ictimaiyyətə əlavə məlumat veriləcvək. 

***09:41

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq.

BAKU.WS-in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək.

Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar.

Belə ki, İncəsənət Gimnaziyasından ibtidai siniflər növbəti təhsil mövsümünü 189 saylı, yuxarı sinif şagirdləri isə 190 saylı məktəbdə başlayacaq. 

İbtidailər 1-ci növbə, yuxarı sinif şagirdləri isə 2-ci növbə oxuyacaqlar. 

Gimnaziyada əsaslı təmirin 1 il ərzində yekunlaşacağı planlaşdırılır. 

Qeyd edək ki, məktəbin təmirə bağlanacağı və şagirdləri 189, 190 saylı məktəbə köçürüləcəyi xəbərini də ilk olaraq BAKU.WS saytı vermişdir.

Banu Hüseynli
BAKU.WS