SİZİN REKLAM BURADA!
055 213 76 73



S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyası 2018-2019-cu tədris ili üçün şagird qəbulu elan edir.

Təhsil Nazirliyinin mərkəzləşmiş qaydada keçiriləcək gimnaziyaya qəbul imtahanı 19 may 2018-ci il tarixdə saat 10-00 da baş tutacaq.

Gimnaziyaya şagird qəbulu 5-8-ci sinifləri əhatə edir.

1959-cu ildən fəaliyyətə başlayan ,1992- ci ildən gimnaziya statusu alan S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər gimnaziyası Təhsil Nazirliyinin apardığı uğurlu islahatların nəticəsi son 3 ildə Gimnaziyanın fəaliyyətində də özünü göstərib. Belə ki, bir neçə gündür əsaslı təmir işlərinə başlanan məktəbdə Gimnaziyada savadlı və yüksək potensiallı müəllimlər dərs deyir, son 2 ildə isə MİQ-in imtahanından yüksək bal toplayaraq 12 yeni müəllim gimnaziyada çalışmağa başlayıb.

2016-2017-ci tədris ilindən gimnaziyaya şagird qəbulu Təhsil Nazirliyinin mərkəzləşmiş imtahanı ilə aparılır və qəbul üçün müraciət edənlərin sayı ildən-ilə artır.

Gimnaziyada təhsil iki səviyyəlidir:

Ümumi orta təhsil (V-IX siniflər)
Tam orta təhsil (X-XI siniflər)
Gimnaziya 5 günlük dərs həftəsi ilə işləyir. Dərslər səhər 08:30-da başlayır. Birnövbəlidir. Dərs bitdikdən sonra əvvəlcə şagirdlərin asudə vaxtı, sonra isə etüd saatları olur. Asudə vaxtın təşkili şagirdlərin məktəb həyatında daha vacib rol oynayır. Dərs bitdikdən sonra gimnaziya yeməkxanasında nahar edən şagirdlər muxtəlif sosial fəaliyyətlərlə- gimnaziya həyətində müxtəlif  idman oyunları, sinif təşkilat saatları, debat, şahmat, diyarşünaslıq, gənc bələdçilər(turizm), ingilis-dili danışıq, eko klub və s.dərnəklərdə məşğul olurlar. 15:30-dan etibarən etüd saatı olur. Etüd vaxtda şagirdlərlə tərbiyəçi müəllimlər məşğul olur, onların nizamlı olaraq dərslərini çalışmasına yardım edirlər.
Təhsil səviyyəsinin yüksəldilməsi üçün gimnaziyada aşağıdakılar təşkil edilir:
Danışıq klubları;
Respublika və beynəlxalq olimpiadalara hazırlıq;
İQ təlimləri;
Dəyirmi masa, debat, forumlar, elmi-praktik konfranslar;
Müsabiqə və intellektual yarışlar;
Müxtəlif layihələr;
Zəif nəticə göstərən şagirdlər üçün əlavə məşğələ və konsultasiyalar;
Hər bir şagird fərqlidir prinsipi ilə məktəb praktik psixoloqunun təşkil etdiyi seminarlar və konsultasiyalar;
Müdriyyətin keçirdiyi monitorinqlərlə müntəzəm olaraq şagird nailiyyətlərinin izlənilməsi;
Tədris prosesinin təşkilində interaktiv təlim metodlarının tətbiqi, şagirdlərin bilik, bacarıq və vərdişlərinə yiyələnməsi vəziyyətinin daimi nəzarətdə saxlanılması məqsədilə açıq dərslərin təşkil etməsi;
Dərs müddətində müəllim-şagird, şagird – şagird əməkdaşlığının və dialoji təlimin formalaşması məqsədilə siniflər üzrə özünü qiymətləndirmə üsulundan istifadə edərək sorğuların aparılması;
Müəllimlər tərəfindən elektron resursların hazırlanması təmin edilməsi;
Məktəb-valideyn əməkdaşlığının formalaşdırırılması məqsədilə valideyn klubunun təşkil edilməsi;
Valideynlər üçün şagird nailiyyətlərinin qiymətləndirilməsi meyarları haqqında seminarların təşkil edilməsi, onların dərsdinləmələrdə iştirakının təmin edilməsi və dərsdinləmələrdən sonra müzakirələrin təşkil edilməsi;
Hər ayın sonu bütün siniflər üzrə müxtəlif fənlər üzrə monitorinqlər keçirilməsi.
Qeyd edək ki, gimnaziyada bütün şagirdlər dövlət hesabına təhsil alır. Bu ildən əsaslı təmir işləri aparılaraq gimnaziya müasir formada qurulur və sentyabr ayından etibarən şagirdlərin istifadəsinə veriləcək.
Gimnazıyanın məzunları yuksək nəticələr göstərərək ali məktəblərə qəbul olublar. Əvvəlki illərdə də gimnaziyanı bitirən və bu gün respublikada kifayət qədər yüksək nüfuza malik olan məzunları var. Onların arasında bu gün nazir olanlar da var.
Gimnaziyaya sənəd qəbulu hər gün(bazar günü istisna olmaqla) saat 09-00 dan 18-00 kimi qəbul otagında aparılır .

Qəbul üçün müraciət edən şəxslər gimnaziyanın qəbul şöbəsinə aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. Şəxsiyyət vəsiqəsinin surəti.
2. 3x4 ölçüdə fotoşəkil - 4 ədəd
Ünvan: F.Yusifov 39, Nərimanov metrosunun yaxınlığı
Əlaqə: (012) 567-22-17