SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda taksi xidməti göstərən şirkətlərdən birində qiymətlərin 9% artdığı iddia olunur.

BAKU.WS-in məlumatına görə, artıq bu barədə taksi şirkəti tərəfindən sürücülərə mesaj vasitəsilə məlumat göndərilib. 

Qeyd olunub ki, Bakı şəhərində bir sıra kateqoriyalar üzrə sifarişlərin qiyməti 9% artıb. Bu da taksi qiymətlərinin artması ilə bağlı son günlər yayılmış söz-söhbətləri bir qədər də artırıb. Onu da diqqətinizə çatdıraq ki, paytaxtda taksi xidməti göstərən nəqliyyat vasitələrinin sayında bir qədər azalma müşahidə olunur. Bu barədə sosial şəbəkələrdə məlumatlar paylaşılır. 

Bu, ölkəmizdə taksi xidməti ilə bağlı tətbiq edilən məhdudiyyətlərlə əlaqələndirilir.

BAKU.WS