SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraiti ayrı-ayrı bölgələrdə fəsadlar törədib.

BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yolları su basıb.

Gölməçəyə çevrilən küçələr avtomobillərin və piyadaların hərəkətində ciddi maneə törədib. Bununla yanaşı obyektlərin birinci mərtəbəsini su basıb.

Şikayətçinin sözlərinə görə ərazidə kanalizasiya xətti mövcud deyil. Bu səbəbdən də yağış suyu küçələrdə toplanıb. 

Sözügedən görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO