Bakıda tavanından içəri su daman avtobusla bağlı tədbir görüldü - VİDEO - YENİLƏNİB

Bakıda tavanından içəri su daman avtobusla bağlı tədbir görüldü - VİDEO - YENİLƏNİB
Video
Hadisə 440

Tavanından içinə su daman 173 saylı marşurutun avtobusu xətdən kənarlaşdırılıb.

Bu barədə "Çinar Trans" MMC-nin rəhbəri İsmayıl Hüseynov BAKU.WS-in sorğusuna cavab olaraq bildirib.

Qeyd olunub ki, avtobus əsaslı təmirə göndərilib.

***15:15

Bakıda fəaliyyətdə olan sərnişin avtobusunun tavanından yağış suyu içəri damıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə 173 saylı marşurut xətti üzrə hərəkət edən avtobusda qeydə alınıb. Tavandan daman su sərnişinlərin üzərinə tökülüb.

Şikayətçinin sözlərinə görə, metronun "Koroğlu" stansiyası ilə Pirşağı qəsəbəsini birləşdirən xətdə belə hallar tez-tez yaşanır. İstismarda olan avtobuslar yararsız vəziyyətdədir.

Sözügedən görüntüləri təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər