SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə ərazisində müşahidə edilən yağmurlu hava şəraiti vətəndaşlara bir sıra çətinliklər yaradıb.  

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, Şağan qəsəbəsində, dördüncü dalan adlanan ərazidə yağış suları toplanaraq gölməçə yaradıb. Nəticədə sərnişin avtobusu da daxil olmaqla digər nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb. 

Görüntülərdən də aydın olur ki, "Niva" markalı avtomobil süni gölməçədən keçə bilməyib və qoşqunun köməyi ilə su toplanmış yoldan çıxarılıb. 

Şikayətçinin sözlərinə görə, aidiyyatı qurumlara bu barədə məlumat verilsə də hələ ki həll olunmayıb.

Hadisə yerindən görüntüləri təqdim edirik:

BAKU.WS
VİDEO