24 yaşlı oğlanı cərəyan vurub öldürüb
19
may
2024
20:10
Göyçayda 24 yaşlı oğlanı cərəyan vurub öldürüb.
BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə rayonun Potu kəndində qeydə alınıb.
Belə ki, rayonun Müskürlü kənd sakini, 2000-ci il təvəllüdlü İsmayılov İsamayıl Rafiq oğlu Potu kəndi ərazisində ağacdan alça yığarkən ehtiyatsızlıqdan yaxınlıqdan keçən elektrik xəttinə toxunub. Nəticədə onu elektrik cərəyanı vuraraq öldürüb.
Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı Göyçay rayon prokurorluğunda cinayət işi başlanılıb və araşdırma aparılır.
Oxşar xəbərlər
Əkiz qardaşları və qohumunu elektrik cərəyanı vuraraq öldürüb, cinayət işi başlanıb - YENİLƏNİB
Sabirabadda 3 nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb. Bu barədə Sabirabad Rayon Prokurorluğundan məlumat veri...