1 milyon 200 min dəyərində qızılı zibil konteynerinə atdı

1 milyon 200 min dəyərində qızılı zibil konteynerinə atdı
Siyasət 9545

Türkiyədə qəribə hadisə yaşanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, 1 milyon 200 min lirə (təxminən 61 920 AZN) dəyərində qızılı zibilə atılıb.

Tekirdağda yaşanan hadisə zamanı 26 yaşlı E.Ü. adlı kişi qızıl dolu torbanı zibili torbası ilə birlkdə konteynerə atıb.

Bir müddət sonra o qızılı zibilliyə atdığının fərqinə varıb.

Bundan sonra 26 yaşlı E.Ü. yaxınlıqdakı Polis İdarəsinə müraciət edib. Bununla bağlı araşdırma başladılıb. Həmin torbanı zibil konteynerindən təmizlik işçisinin aldığı məlum olub.

Həmin şəxs tapılaraq ondan qızıl alınıb və sahibi 26 yaşlı E.Ü.-yə təhvil verilib.

Son xəbərlər