Qadının itirdiyi 400 000 zibil qutusundan tapıldı - FOTO

Qadının itirdiyi 400 000 zibil qutusundan tapıldı - FOTO
Siyasət 374

Türkiyənin Konya şəhərində zibil qutusundan böyük məbləğdə pul tapılıb.

BAKU.WS xəbər verir ki, Selçuklu bölgəsində yaşayan Mümine Göz ot yığmağa çıxıb. O, içərisində 400 min lirə (təxminən 32 560 AZN) pul və qızıl olan torbasını da özü ilə götürüb.

Qadın ot yığmağa başlayarkən pullarını oradakı dəmir parçasının üzərinə qoyub. Qayıdıb yenidən götürmək istəyəndə isə həmin torbanı orada görməyib.

Bundan sonra təcili olaraq polisə məlumat verib. Təhlükəsizlik kameralarına düşən görüntülərdə gənc cütlüyün torbanın zibil olduğunu zənn edib zibil qutusuna atdığı görüntülər əks olunub.

Zibil qabında axtarış edən polislər torbanı taparaq sahibinə təqdim edib.

Son xəbərlər