SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 35-ə çatıb.

Bu barədə yerli tibb işçiləri bildirib.

***07:55

Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqalada yanacaqdoldurma məntəqəsində baş verən partlayış nəticəsində 27 nəfər həyatını itirib.

BAKU.WS xəbər verir ki, bu barədə "İnterfax" agentliyi məlumat yayıb.

Məlumata görə, partlayış nəticəsində ölənlərin üçü azyaşlıdır. Mahaçqala xəstəxanalarına 66 nəfər gətirilib, onlardan 10-nun vəziyyəti ağırdır.

Dağıstan Respublikanın rəhbəri Sergey Melikov jurnalistlərə bildirib ki, Mahaçqala şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində baş verən yanğın ətrafdakı obyektlərin birində qeydə alınan partlayışla bağlıdır. Partlayış yeri yanacaqdoldurma məntəqəsi ilə üzbəüz olub.

Hazırda partlayışın səbəbləri və mahiyyəti müəyyənləşdirilir.

BAKU.WS
VİDEO