SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə terror aktında xəsarət alanların sayı 81 nəfərə çatıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Vitse-prezidenti Fuad Oktay deyib.

O, qeyd edib ki, terror aktını qadın törədib.

“Hücumçu bombanı partladan qadın olub. Nəticədə 6 nəfər ölüb, yaralıların sayı 81 nəfərə çatıb, yaralılardan ikisinin vəziyyəti ağır qiymətləndirilir”, - Fuad Oktay bildirib.

Hadisə terror aktı kimi qiymətləndirilir.

***19.59

Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış nəticəsində ölənlərin sayı 6 nəfərə, yaralıların sayı 53-ə çatıb.

Bu barədə İstanbul valisi Ali Yerlikaya tviter hesabında yazıb.

"Təəssüf ki, İstiqlal küçəsində baş verən partlayış zamanı öllənlərin sayı 6 nəfərə yaralıların sayı 53-ə çatdı. Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara tezliklə sağalmalarını diləyirik", - o tivter hesabında yazıb.

***18:18

İstanbulun İstiqlal Prospektində partlayış baş verib.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Əli Yerlikaya bildirib.
Partlayışın baş verdiyi bölgədə təhlükəsizlik tədbirləri görülüb.

Baş verən partlayışda ən azı dörd nəfər həlak olub, 11 nəfər yaralanıb.

Hadisə yerinə polis, səhiyyə, xilasetmə qrupları cəlb edilib.

BAKU.WS
VİDEO