SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə zəlzələ qurbanlarının sayı 2316-ya çatıb. 13 min 293 nəfər isə yaralıdır. 
***06.02.2023 23.25

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762-ə çatıb, 12 068 yaralı var.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 5 606 bina dağılıb.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib.

***21:32

Türkiyədə baş verən güclü zəlzələdə ölən və yaralananların sayı artır.

Zəlzələ nəticəsində həyatını itirənlərin sayı 1651 nəfərə çatıb.

Təbii fəlakət nəticəsində 11 119 nəfər yaralı var.

***20:30

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1541-ə, yaralıların sayı isə 9733-ə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 3471 bina dağılıb.

***18:39

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1498-ə, yaralıların sayı isə 8 533-ə çatıb.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

***17:42

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı durmadan artır. Zəlzələ nəticəsində 1121 ölüb, 7634 nəfər yaralanıb. 2834 bina isə dağılıb. 

***16.12

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı durmadan artır. Ölənlərin sayı 1014 nəfərə çatıb. Yaralıların sayı isə 7003-dür. 

***14.16

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı durmadan artır. 912 nəfər zəlzələ nəticəsində ölüb, 5385 şəxs yaralanıb. 2 min 470 nəfər dağıntılar altından xilas edilib. 2 min 818 bina isə dağılıb. 

***11.07

Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı artır.

BAKU.WS xəbər verir ki, Türkiyənin vitse-prezidenti Fuad Oktay yeraltı təkanlar nəticəsində ölənlərin sayının 284-ə çatdığını açıqlayıb. O, 2323 nəfərin yaralandığını, 1710 binanın dağıldığını deyib.

***08.47

Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 76-ya çatıb. Yaralıların sayının 440-a çatdığı bildilir. 

BAKU.WS xəbər verir ki, Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.

Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 17-ə çatıb.

***08.36

Türkiyənin cənub-şərqində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində azı 51 nəfər ölüb.

BAKU.WS xəbər verir ki, Malatya şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 23-ə yüksəlib, 420 nəfər yaralanıb.

Şanlıurfa şəhərində zəlzələ nəticəsində ölənlərin sayı 17-ə çatıb.

Diyarbakır şəhərində ölkənin böyük hissəsini əhatə edən zəlzələ nəticəsində 6 nəfər ölüb, 79 nəfər yaralanıb.

Osmaniyə şəhərində 34 bina dağılıb, 5 nəfər həlak olub.

***07:39

Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə baş verən güclü zəlzələdən ən çox zərər çəkən bölgələri açıqlayıb. Bunlar Kahramanmaraş, Hatay, Qaziantep, Osmaniyə, Malatya və Adıyamandır. 

Osmaniyə şəhərinin valisi Erdinç Yılmaz bildirib ki, zəlzələdən şəhərdə 34 bina dağılıb, 5 nəfər həlak olub.

Şanlıurfa şəhərinin valisi Salih Ayhan açıqlayıb ki, 16 bina dağılıb. 10 vətəndaş ölüb. 

BAKU.WS
VİDEO