Ermənistanın paytaxtı İrəvandakı "Surmalu" ticarət mərkəzində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.
Ermənistan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, ölənlərdən 9-nun, o cümlədən meyiti tapılan uşağın şəxsiyyəti hələ müəyyən edilməyib.
Avqustun 14-də günorta İrəvanda “Surmalu” ticarət mərkəzində güclü partlayış və yanğın olub. Hadisə nəticəsində daha 62 nəfər yaralanıb.
***15-08-2022 09.04
İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda ölənlərin sayı 6-ya çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat verib.
***08:10
Ermənistanın paytaxtı İrəvanda yerləşən “Surmalu” topdansatış ticarət mərkəzində partlayış baş verib.
BAKU.WS xəbər verir ki, partlayış zamanı 5 nəfər ölüb, 61 nəfər yaralanıb.
Ermənistanın Fövqəladə Hallar Nazirliyi açıqlayıb ki, partlayış zamanı bazarda olan 17 nəfər itkin düşüb.
Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir.