Bakıda qıza görə gənc oğlanı qətlə yetirən şəxslə bağlı YENİ DETALLAR - YENİLƏNİB 3 - VİDEO

Bakıda qıza görə gənc oğlanı qətlə yetirən şəxslə bağlı YENİ DETALLAR - YENİLƏNİB 3 - VİDEO
Video
Hadisə 2949

İyunun 26-da paytaxtın Nərimanov rayonunda baş verən silahlı insidentdə qətlə yetirilən Tural Kosayevlə cinayətkar İsmayıl Allahverdiyev həmkəndli olublar.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hər iki şəxs Qazax rayonunun Daş Salahlı kəndindədir.

Bundan başqa, İ.Allahverdiyev müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusudur.

***23.20

İyunun 26-da saat 21 radələrində paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 95 ünvanında 2000-ci il təvəllüdlü Tural Kosayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə BAKU.WS-ə Nərimanov rayon prokurorluğundan məlumat verilib.

Araşdırma zamanı 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin üzərində olan odlu silahdan atəş açaraq tanışı Tural Kosayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, İsmayıl Allahverdiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam davam edir.

***21:54

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

***21:30

Paytaxtın Nərimanov rayonunda güllələnmə hadisəsi baş verib.

Bu barədə məlumat BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə metronun Nəriman Nərimanov stansiyasının yaxınlığında qeydə alınıb.

Hadisə ilə bağlı BAKU.WS-in sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Nərimanov rayonunda bir nəfəri odlu silahdan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb. Əlavə məlumat veriləcəkdir.

Son xəbərlər