Azərbaycanın Əməkdar artisti vəfat etdi

Azərbaycanın Əməkdar artisti, xanəndə Kifayət Gəncəli bu gün ürək çatışmazlığından vəfat edib.
Bu barədə APA-ya mərhumun qızı Elza Məmmədova məlumat verib.
Bildirilib ki, K.Gəncəli bu gün doğulub boya-başa çatdığı Gəncə şəhərində torpağa tapşırılacaq.
Qeyd edək ki, K.Gəncəli 1937-ci ildə Gəncə şəhərində anadan olub. Asəf Zeynallı adına Musiqi Texnikumunda muğam təhsili alıb. Əhməd Bakıxanov, Əliağa Quliyev, Ağası Məşədibəyov, Əhsən Dadaşov, Baba Salahov və İslam Rzayevin rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblının solisti olub. Azərbaycan Televiziyasının Qızıl fondunda 300-ə yaxın səs yazısı qorunub saxlanılır.
Qalereya
Oxşar xəbərlər
Dayısının 1 milyona yaxın pulunu ələ keçirən bacıoğlu HƏBS EDİLDİ
Azərbaycanda doğma dayısına qarşı külli miqdarda ziyan vuran şəxs barəsində həbs qərarı çıxıb. BAKU.WS-in məlumatına görə, təqsirləndirilən şəxs dayısı Fakhrat...
