Biləcəridə yanğın tam söndürülüb

Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.
Bu barədə BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Yanğından mühafizə bölmələrinin peşəkar fəaliyyəti sayəsində yanğının genişlənərək ətrafdakı tikililərə, o cümlədən yaxınlıqdakı yaşayış evlərinə keçməsinə imkan verilməyib.
***Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
BAKU.WS xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qalereya
***16:48
Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.
BAKU.WS xəbər verir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə ətrafa yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.
Yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
16:19
Biləcəridə yanan parket sexində başlayan yanğının obyektə yaxın tikilən evlərə keçmə təhlükəsi var.
BAKU.WS-in hadisə yerində olan əməkdaşının sözlərinə görə, hazırda bunun qarşısını almaq üçün yanğınsöndürənlər tədbirlər görürlər.
16:07
Biləcəridə yanan obyekt parket müəssisəsidir.
BAKU.WS-in hadisə yerində olan əməkdaşının sözlərinə görə, hazırda yanğının söndürülməsi istiqamətində iş görülür.
***16.00
Biləcəridə yanğın başlayıb.
BAKU.WS-in məlumatına görə, ilkin məlumata görə mebel sexi yanır. Əraziyə yanğınsöndürmə briqadası cəlb edilib. Yanğının söndürülməsi istiqamətində iş aparılır.
Əlavə məlumat verəcəyik.
Oxşar xəbərlər
"Azərbaycanfilm" kinostudiyasının ərazisindəki yanğın söndürülüb
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının...
