Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb
28
sen
2024
20:53
Sumqayıtda 12 yaşlı qız 8-ci mərtəbədən yıxılıb.
"Report"un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayonunda qeydə alınıb.
2012-ci il təvəllüdlü Kiçikxanım Burcəliyeva ehtiyatsızlıq nəticəsində yaşadığı 9 mərtəbəli binanın 8-ci mərtəbəsindən yıxılıb.
Yaralı Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Vəziyyəti ağırdır. Vəziyyəti ağır olduğundan, ailə üzvlərinin yazılı iltizamnaməsi ilə Bakıdakı özəl tibb müəssisələrindən birinə təxliyə olunub.
Hadisənin səbəbi araşdırılır.
Oxşar xəbərlər
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
Bakıda qeyri-adi qəza baş verib. Bu barədə görüntülər BAKU.WS-ə daxil olub. "Toyota Prius" markalı avtomobilin sürücüsü yuxulu vəziyyətdə avtomobilinin idarəetm...