Şəhid atası vəfat etdi - FOTO
28
iyn
2024
08:04
Vətən müharibəsi şəhidi Fariz Hüseynlinin atası Dadaş Hüseynov 62 yaşında vəfat edib.
Şəhid atası uzunsürən xəstəlikdən dünyasını dəyişib.
Mərhum oğlunun dəfn edildiyi Əsgərabad kənd qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, Vətən müharibəsi şəhidi, əsgər Fariz Hüseynli 1994-cü ildə Biləsuvar rayonunun Əsgərabad kəndində anadan olub.
O, Tərtərin Talış kəndi, Laçın və Füzuli rayonları istiqamətində döyüşüb. Ölümündən sonra "Vətən uğrunda", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
Ailəli olub. Vətənə yadigar iki övladı var.//Oxu.az
Qalereya
Oxşar xəbərlər
50 yaşına çatmamış vəfat edən AZƏRBAYCANLI MƏŞHURLAR - FOTO - SİYAHI
"Ölüm haqdır..." desələr də, dünyasını vaxtsız dəyişənlər vəfatı ilə həm ailə üzvlərini, həm də yaxınlarını dərindən sarsıdırlar. Həyatdan erkən yaşda köçənlər...