SİZİN REKLAM BURADA!
055 213 76 73


İyunun 28-də prezident seçkilərinin keçirildiyi İranda seçki məntəqələri saat 08:30-da açılıb.

BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Seçki qərargahının nümayəndəsi Möhsün Eslaminin sözlərinə görə, seçki məntəqələri saat 18:30-da bağlanacaq, lakin lazım gələrsə, onların işi uzadılacaq. Məntəqələrdə təhlükəsizliyi 180 minə yaxın polis təmin edir.

İranda prezident seçkilərində parlamentin spikeri Məhəmməd Baqir Qalibaf, respublikanın Təhlükəsizlik Şurasındakı dini liderin nümayəndəsi Səid Cəlili, Daxili İşlər və Ədliyyə nazirliklərinin keçmiş rəhbəri Mustafa Purməhəmmədi və keçmiş səhiyyə naziri Məsud Pezeşkiyan iştirak edir. 

İranın əvvəlki prezidenti İbrahim Rəisinin Bell helikopterinin qəzaya uğraması səbəbindən 14-cü prezident seçkiləri növbədənkənar oldu.

BAKU.WS