Britaniyada Fələstin tərəfdarları Kembric Universitetinin binasına qırmızı boya atıblar
22
iyn
2024
19:42
Böyük Britaniyada Fələstin tərəfdarları Kembric Universitetinin binasına qırmızı boya atıblar.
"Report" xəbər verir ki, bu barədə "Palestine Action" hərəkatının saytında yayılan press-relizdə deyilir.
“Etirazçılar Kembric Universitetinin tarixi Senat Evinə qırmızı boya atıblar”, - məlumatda bildirilir.
Buna səbəb 1917-ci ildə sionizmə dost münasibəti barədə bəyanat verən Böyük Britaniyanın keçmiş baş naziri Lord Artur Balfurun məhz bu binada məzun olması olub.
Fəallar, həmçinin Kembric Universitetini Qəzza zolağındakı döyüşləri maliyyələşdirməkdə ittiham edirlər.
Oxşar xəbərlər
İsraildə ölənlərin sayı 200-ə, Qəzzada isə 232-yə yüksəlib - YENİLƏNİB/FOTO/VİDEO
İsraildə ölənlərin sayı 200-ə, Qəzzada isə 232-yə yüksəlib. Bu barədə “Telegram” kanalları məlumat yayıb. ***21.57 “HƏMAS”ın İsrailə hücumu nəticəsində ölənləri...