Türkiyədə meşə yanğını - Ölənlərin sayı artır - YENİLƏNİB - FOTO

Türkiyədə meşə yanğını - Ölənlərin sayı artır - YENİLƏNİB - FOTO
Foto
Siyasət 113

Dünən gecə saatlarında Diyarbakırın Çınar rayonu ilə Mardinin Mazıdağı mahalı arasında baş verən yanğın küləyin təsiri ilə sürətlə yayılıb.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, yaşayış məntəqələrinə yayılan yanğında həyatını itirənlərin sayı 6-ya yüksəlib.

Yanğın nəticəsində 9-u ağır yaralanan 43 nəfərin müalicəsi davam edir.

***10:00

Türkiyədə Diyarbakırın Çınar və Mardinin Mazıdağı rayonları arasındakı ərazidə başlayan yanğın qısa müddətdə böyüyərək geniş ərazini əhatə edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, çətinliklə nəzarət altına alınan və soyutma işlərinə başlanılan yanğında 5 nəfər həyatını itirib, 10-u ağır olmaqla 44 nəfər yaralanıb.

Məlumata görə, çox sayda yaralı müalicə olunmaq üçün Çınar Dövlət Xəstəxanasına və şəhər mərkəzindəki xəstəxanalara aparılıb.

Diyarbakır valisi Əli İhsan Su, Çinar İlçe Baş məmuru Məhəmməd Fatih Günlü və İl Jandarma Komandiri general-mayor Səlcuq Yıldırım Çınar rayonunda yanğın bölgəsinə gələrək araşdırma aparıblar.

Son xəbərlər