Moskvada tornadoda xəsarət alanların sayı artır - YENİLƏNİB

Moskvada tornadoda xəsarət alanların sayı artır - YENİLƏNİB
Siyasət 253

Moskvada qasırğa nəticəsində 23 ağac aşıb və 10 nəfər xəsarət alıb.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində bir nəfər ölüb.

***16.12

Bu gün günortadan sonra Moskvada müşahidə edilən pis hava şəraiti səbəbindən 1 nəfər ölüb.

BAKU.WS Tass-a istinadən xəbər verir ki, onun üzərinə ağac aşıb.

Hadisə paytaxtın Timiryazevski rayonundakı Dubki parkı ərazisində baş verib. Kişiyə təcili yardım çağırılıb, lakin o, həkimlər gələnə qədər dünyasını dəyişib.

Moskva meri Sergey Sobyanin bundan əvvəl iyunun 20-də Moskvada leysan və tornado ilə bağlı xəbərdarlıq etmişdi. Meriyadan verilən məlumata görə, cümə axşamı saat 23:00-dək şimşək çaxacağı, yağış yağacağı, dolu düşəcəyi, küləyin sürətinin saniyədə 18-23 metrə çatacağı gözlənilir.

Saat 13:00-dan 18:00-dək şəhərdə tornadolar yarana bilər. Sakinlər mümkünsə küçəyə çıxmamağa çağırılıb. İyunun 20-də səhər saatlarında Moskva parkları pis hava şəraiti ilə əlaqədar müvəqqəti bağlanıb.

Son xəbərlər