SİZİN REKLAM BURADA!
055 213 76 73


AVRO-2024-ün qrup mərhələsinin ilk turunun Serbiya yığması ilə matçı üçün Almaniyanın Gelzenkirxen şəhərinə gələn İngiltərə millisinin azarkeşləri iki gün ərzində şəhər restoranlarından birində iki aylıq pivə normasını içiblər.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, ingilis azarkeşlər özlərinin müvəqqəti yerləşmə yeri kimi Gelzenkirxen şəhərinin tarixi mərkəzində yerləşən italyan restoranlarından birini seçiblər.

Restoran sahibləri bildiriblər ki, onlar matç ərəfəsində, 48 saat ərzində 60 çəllək pivə satıblar. Halbuki, adətən eyni zaman kəsiyində restoran sahibləri yalnız iki çəllək pivə satmağa müyəssər ola bilirdilər.

BAKU.WS