Yerdə bu tarixlərdə geomaqnit qasırğası olacaq - VİDEO
Mayın 29-da Günəşdə baş verən tac kütləsi atılması səbəbindən Yerdə maqnit sahəsində pozğunluq başlayıb.
BAKU.WS xəbər verir ki, bu barədə TASS Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidmətinin məlumatlarına istinadən məlumat yayıb.
Alimlərin fikrincə, mayın 30-u gününün sonunda maqnit sahəsində pozuntu qeydə alınıb. Kosmik havanın monitorinqi məlumatlarına əsaslanaraq mütəxəssislər bildiriblər ki, Yerin maqnit sahəsində pozulma dərəcəsi hələ zəif hesab edilən G1 səviyyəsinə belə çatmayıb.
Mütəxəssislər mayın 31-dən iyunun 1-dək Yer kürəsində maqnit qasırğasının baş verə biləcəyini, gücün G1-in zəif gücün göstəricisi, G5-in isə ekstremal hesab edildiyi şkala üzrə G3 səviyyəsinə çatacağını proqnozlaşdırırlar.
Daha əvvəl bildirilmişdi ki, mayın 27-də Günəşdə ən yüksək güc sinfi X olan partlayış baş verib. Bu, 36 dəqiqə davam edib və qısa dalğalı radio rabitəsini kəsib.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...