BMT-nin mənzil-qərargahındakı bayraqlar yarıya endirilib - FOTO

BMT-nin mənzil-qərargahındakı bayraqlar yarıya endirilib - FOTO
Foto
Siyasət 98

BMT-nin (BMT) Nyu-Yorkdakı mənzil-qərargahında təşkilatın emblemindən ibarət bayraqlar yarıya qədər endirilib.

"Report"un ABŞ bürosu xəbər verir ki, qərar bazar günü helikopter qəzasında həlak olan İran Prezidenti, xarici işlər naziri və onların nümayəndə heyətinin xatirəsinə ehtiram əlaməti olaraq verilib.

Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterinin bütün sərnişinləri və ekipaj üzvləri həlak olub.

Son xəbərlər