Petek Dinçöz azərbaycanlı modelyerin kolleksiyasından geyindi - FOTO/VİDEO
Məşhur müğənni Petek Dinçöz ötən gün Türkiyədə keçirilən mükafatlandırma mərasimlərindən birinə qatılıb.
BAKU.WS xəbər verir ki, sənətçi mükafatlandırmadan sonra jurnalistlərin suallarını cavablandırıb.
Petek üzərindəki qaşlarla bəzədilən, açıq mavi rəngli geyimin azərbaycanlı modelyer Rüfət İsmayıla aid olduğunu bildirib.
Dinçöz açıq-saçıq libasın bahalı qaşlarla bəzədildiyini də xüsusilə vurğulayıb.
Xatırladaq ki, Petek Dinçöz məşhur modelyer Rüfət İsmayılın şəxsi kolleksiyasına müraciət edən ilk məşhur deyil.
Beyons, Cennifer Lopez, Paris Hilton, Ariana Qrande, Dua Lipa, Kristina Agilera kimi məşhurlar da onun kolleksiyasından geyiniblər. İlk azərbaycanlı dizaynerdir ki, kolleksiyaları Dubay, İstanbul, Tehran, Beyrut, Nyu-York, Florensiya və Buxarestdə moda həftələrində nümayiş olunub.
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...