SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin 9 vilayətində İŞİD terror təşkilatına qarşı həyata keçirilən "Bozdoğan-35" əməliyyatlarında 30 şübhəli tutulub.

BAKU.WS-in xəbərinə görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Əməliyyatlar İstanbul, Adana, Ankara, Diyarbakır, Mersin, Osmaniye Yozqat, Kütahya və Hatayda keçirilib.

Əməliyyatların nəticəsində, sənədsiz tapançalar, çox sayda təşkilati sənədlər və rəqəmsal materiallar ələ keçirilib.

BAKU.WS