İsrailin İrana zərbəsinin detalları - Təbrizdə HHM işə düşüb - VİDEO
İsrail İrana hücumunun bəzi detalları məlum olub.
BAKU.WS İran KİV-nə istinadən xəbər verir ki, İsfahan şəhəri yaxınlığındakı aeroportda partlayış səsləri eşidilib. Həmçinin Təbrizdə Hava Hücumundan Müdafiə (HHM) sistemi işə düşüb. Partlayışın baş verdiyi ərazidə Netenz şəhəri yerləşir ki, burada da uranın zənginləşdirmə mərkəzi yerləşir. Bu barədə Fars agentliyi məlumat yayıb.
CNN isə xəbər yayıb ki, İranın nüvə obyektləri İsrail üçün hədəf deyil.
Fars agentliyi Təbrizdə işə düşən HHM sisteminin sadəcə şübhəli obyektlərə atəş açdığını və heç bir partlayışın baş vermədiyini deyib.
Oxşar xəbərlər
Vyaçeslav İqrunov: “Üçüncü dünya müharibəsi mümkündür, müasir sivilizasiya məhv olacaq” - ŞƏRH
“Dünya nüvə silahının tətbiqi ilə üçüncü dünya müharibəsinə yaxınlaşıb”. BAKU.WS xəbər verir ki, bu proqnozu rusiyalı politoloq, Beynəlxalq Humanitar və Siyasi...