SİZİN REKLAM BURADA!
055 213 76 73


Almaniya prezidenti Frank Valter Ştaynmayer Türkiyəyə səfəri zamanı heyətinə dönərçi də əlavə edib.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, İstanbulda keçiriləcək proqram zamanı ziyarətçilərə 60 kilo dönər ziyafəti verəcək.

Məlumata görə, Ştaynmayer 22-24 aprel tarixlərində Türkiyəyə səfər edəcək.

Berlində dönərxana işlədən və Türkiyəyə gələcək nümayəndə heyətinin tərkibində olan Arif Keleş prezident Ştaynmayerin dəvəti ilə aprelin 22-də axşam İstanbulda dönər süfrəsi verəcəyini bildirib.

Keleş, Ştaynmayerin heyətinə dəvət olunduğu üçün xoşbəxt olduğunu deyib:

“Təbii ki, Prezidentlikdən belə bir dəvət almaq qürurvericidir. Üç günlük səfərin bir hissəsi olmağımı istədilər və mən çox sevindim. Təxminən 40 ildir Berlində dönər dükanları var.

Babamdan sonra üçüncü nəsil olaraq Berlində dönərxanamız var. İstanbula həm də öz souslarımızı da kabablarımızla birlikdə gətiririk”.

Keleş Almaniya millisinin məşhur oyunçularının da onların mağazasına gəldiyini vurğulayıb: 

“Antonio Rüdiger gənclər komandasında futbol oynayarkən bizim dükandan dönər alırdı. Sonra milli komanda oyunçuları ilə dönər yemək üçün gəldilər. Daha sonra "Real Madrid" komandası gələndə hoteldə onlara dönər verdik”.

BAKU.WS