SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın sabiq baş prokuroru Valentin Stepankovun oğlu Moskvada dünyasını dəyişib.

Bu barədə "Mash" teleqram kanalı yazıb.

Məlumata görə, Stepankov 47 yaşlı oğlu Denisi Dubninskaya küçəsindəki mənzilində zaman ölü tapıb.

Kişinin bədənində zorakılıq əlamətləri aşkar edilməyib. Ölümün ilkin səbəbi ürək çatışmazlığı olub.

Valentin Stepankov Rusiya Federasiyasının ilk Baş Prokuroru olub və 1991-1993-cü illərdə bu vəzifəni icra edib. Bundan sonra o, hakimiyyət orqanlarını tərk edərək şəxsi hüquq praktikasına başlayıb. Daha sonra o, Dövlət Dumasına deputat seçilib və 2003-2004-cü illərdə Rusiya Təhlükəsizlik Şurasının katibi vəzifəsində çalışıb. Stepankov 2004-2006-cı illərdə Rusiya təbii sərvətlər nazirinin müavini vəzifəsində çalışıb.

BAKU.WS