SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin 19 vilayətində separatçı terror təşkilatına qarşı keçirilən "Bozdoğan-25" əməliyyatlarında 49 şübhəli ələ keçirilib.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

O, əməliyyatların İstanbul, Adana, Şanlıurfa, Şırnak, Ağrı, Batman, Biləcik, Ərzurum, Düzce, Ədirnə, Əskişəhər, Qaziantep, Kahramanmaraş, Kilis, Kocaeli, Manisa, Muş, Samsun və Siirtdə aparıldığını bildirib.

Yerlikaya şübhəlilərin "sosial media hesabları vasitəsilə terror təşkilatı təbliğatı aparmaq", "terror təşkilatına üzv olmaq" və "terror təşkilatına yardım" cinayətlərini törətdiklərinin müəyyən edildiyini bildirib.

BAKU.WS