SİZİN REKLAM BURADA!
055 213 76 73


Madonna fanatlarının qaldırdığı iddianın rədd edilməsini istəyib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl sənətçinin iki fanatı konserti gec başladığı üçün onu məhkəməyə verib.

İfaçının vəkilləri xeyli dəlil və sübutlarla çıxış ediblər. Məlum olub ki, Madonnanı məhkəməyə verən iki fanatı konsertdən sonra sosial şəbəkədə paylaşım edərək sənətçinin ünvanına təriflər yağdırıblar.

Vəkilləri həmçinin, fanatlarının konserti üçün ödədiyi pulun qarşılığında Madonnanın da müxtəlif şoular göstəridiyini bildiriblər.

Konsertin gec başlaması səbəbindən iddiaçıların "Zərər görmədiklərini" qeyd ediblər. 

Xatırladaq ki, bir neçə ay əvvəl Madonnanın Michael Fellows və Jonathan Hadden adlı fanatları səhnəyə gec çıxdığı üçün ifaçını məhkəməyə veriblər. Canlı performansı və səhnə şouları ilə müzakirələrə səbəb olan Madonna dekarbrın 13-də "Barclays Center"də sevənləri qarşısına çıxmışdı. Biletdə konsertin vaxtı 20:30 göstərilsə də, konsert bir saat gecikmə ilə 22:30-da başlayıb. 

BAKU.WS