“Google” milyonlarla insanın gizli məlumatlarını siləcək
ABŞ-da fəaliyyət göstərən onlayn məlumat toplama şirkəti “Google”, "anonim" rejimdə aparılan axtarışların qeydlərini saxladığı səbəbilə 5 milyard dollardan çox təzminat ödəməyə və şəxsi axtarış məlumatlarını silməyə razı olub.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Kaliforniyanın Şimal Dairə Məhkəməsindəki sənədlərə görə, “Google” onlayn axtarışda anonim seçimdən istifadə etmələrinə baxmayaraq, məlumatları icazəsiz istifadə edilən 50 iddiaçını təmsil edən üç hüquq firması ilə razılığa gəlib.
Müqaviləyə əsasən, şirkət icazəsiz məlumatların qeydlərinin aparılmasına görə 5 milyard dollardan çox təzminat ödəməyə razılaşıb.
Həmçinin “Google” milyonlarla istifadəçinin baxış tarixçəsi ilə bağlı məlumatları siləcək.
Oxşar xəbərlər
2023-cü ildə sərvətlərini artıran varlılar
2023-cü ildə sərvətlərini artıran zəngin iş adamlarının siyahısı açıqlanıb. İlon Mask 2023-cü ildə sərvətlərini ən çox artıran zəngin insanlar siyahısında birin...