Brazilya "Google"u ittiham etdi

Brazilya Googleu ittiham etdi
Siyasət 82

Braziliyanın ədliyyə naziri Flavio Dino "Google"u dezinformasiyanın qarşısını almaq üçün hazırlanan "saxta xəbərlər" qanun layihəsinə qarşı qarayaxma kampaniyası aparmaqda ittiham edib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, nazirin bəyanatı "Google"un axtarış platformasında qanun layihəsini tənqid etdiyi və ictimaiyyəti qanuna qarşı çıxmağa çağırdığı iddia edilən məqaləyə istinad etməsindən sonra gəlib.

Tvitterdə paylaşım edən Dino, "Google şifrəli və qeyri-qanuni reklamları ana səhifəsindən sildi. Ümid edirik ki, bu cür platformalar senzuranı və ifadə azadlığını pozan mexanizmləri aradan qaldıracaq", - deyə bildirib.

"Google"u saxta xəbər qanun layihəsinə qarşı qarayaxma kampaniyası aparmaqda günahlandıran və qanun layihəsini dəstəkləməyə çağıran Dino, "Google"un əks halda cərimələnəcəyi ilə bağlı xəbərdarlıq edib.

Bundan əlavə, San-Paulu ştatında mütəxəssislər tərəfindən aparılan araşdırmada "Google"un axtarış nəticələrini qanun layihəsinə qarşı manipulyasiya etdiyi müəyyən edilib.

"Saxta xəbərlər" qanun layihəsi parlamentdə qəbul edilərsə, texnoloji şirkətlər və sosial media platformaları cinayət məzmununu qeyd etməli və silməli olacaqlar.

Postları tez silmədiyi halda platformalar cərimələnə bilər.

Qeyd edək ki, "Google" da daxil olmaqla bir çox texnologiya nəhəngi qanunla bağlı "İnternetinizi daha da pisləşdirəcək" başlıqlı məqalə dərc edib.

Son xəbərlər