Tvitterdə "mavi işarə" pullu oldu - Bu 3 nəfərin ödənişini isə Mask qarşılayır - FOTO

Tvitterdə mavi işarə pullu oldu - Bu 3 nəfərin ödənişini isə Mask qarşılayır - FOTO
Siyasət 104

"Tesla" və "SpaceX"in baş direktoru İlon Mask uzun və mübahisəli prosesdən sonra tvitterdə "təsdiqlənmiş hesab" yəni "mavi işarə"yə görə ödəniş sistemini işə salıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu qərar bir çox məşhurun sosial platformada “mavi işarə”sinə itirməsinə səbəb olub.

Pul ödəməkdən imtina edib "mavi işarə"sini itirənlər arasında Cennifer Lopez, Harri Stayls, Bill Qeyts, Ledi Qaqa, Papa Fransisk, Castin Biber və Kim Kardaşyan kimi adlar da var.

Tvitterdə 3 məşhur istifadəçi var ki onların “mavi işarə”sinin ödənişini Mask özü ödəyir. Həmin şəxslərdən biri “Ulduz yolu” (“Star Trek”) serialında “Kapitan Kirk” rolu ilə tanınan 90 yaşlı aktyor Uilyam Şetnerdir.

Qorxu janrının əfsanvi adı Stiven Kinq də təsdiqlənmiş hesabını Maska borcludur.

Şanslı üçüncü ad isə məşhur NBA basketbolçusu LeBron Ceymsdir.

Son xəbərlər