SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur aktyor Kadir İnanırın son vəziyyəti barədə açıqlama verilib. 
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə aktyorun yerləşdirildiyi Ümraniye Emi Araşdırmalar xəstəxanasının baş həkimi, professor Necdet Sağlam bildirib.
O qeyd edib ki, 74 yaşlı sənətçinin səhhətində irəliləyiş var:
"Artıq şüuru üstündədir. Mesajlara gülümsəyərək cavab verir, ünsiyyət qurur, cavab verir. Artıq ona danışmaq üçün heç bir problem olmayacaq, lakin indi danışmaq üçün çox yorğundur".

***11:47

Məşhur aktyor Kadir İnanırın son vəziyyəti açıqlanıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Naziri Fahrettin Koca bildirib. 

"Kadir İnanırı hələ süni tənəffüs aparatından ayırmayıblar. Onun bədəni hələ ki, buna dözmür. Bu səbəbdən də tənəffüs aparatına qoşulu vəziyyətdədir" - deyə, Nazir vurğulayıb. 

Xatırladaq ki, "Yeşilçam"ın məşhur aktyoru martın 24-də insult keçirərək təcili olaraq xəstəxanaya yerləşdirlib.

Hazırda Ümraniye Emi Araşdırmalar xəstəxanasında aktyorun müalicəsi davam edir. 

BAKU.WS