SİZİN REKLAM BURADA!
055 213 76 73


Kakao paxlasının dünya qiymətləri tarixdə ilk dəfə olaraq bir ton üçün 10 min dollar həddini keçərək əvvəlki qiymətdən bir neçə gün sonra yeni rekorda imza atıb.

BAKU.WS "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə "ICE Futures" birjasının məlumatlarında göstərilir.

Qeyd olunub ki, çərşənbə axşamı hərracda kakao paxlasının may fyuçersləri hər ton üçün 10,070 dollara yüksəlib.

İlin əvvəlindən kotirovkalar artıq 2,4 dəfə, son beş sessiyada isə 20%-dən çox artıb.

Belə ki, Kot-d'İvuarda El Nino fenomeninin yaratdığı anomal isti hava qiymətləri yüksəldir. Ölkə dünyanın ən böyük kakao tədarükçüsüdür. Bu arada, məhsula tələbat yüksək olaraq qalmaqda davam edir.

BAKU.WS