SİZİN REKLAM BURADA!
055 213 76 73


“Crocus City Hall” konsert zalında baş vermiş terror aktı nəticəsində dəymiş ziyanın aradan qaldırılması bir ildən beş ilədək vaxt aparacaq.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə rusiyalı ekspertlər bildiriblər. 

“Crocus Group”un sahibi Araz Ağalarovun sözlərinə görə, infrastrukturun bərpası şirkətin minlərlə əməkdaşının iş yerini qoruyub saxlamağa imkan verəcək.

Xatırladaq ki, son məlumata görə, martın 22-də Rusiyanın Moskva vilayətində “Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində 137 nəfər ölüb, 182 nəfər yaralanıb.

BAKU.WS