SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki "Crocus City Hall" konsert zalında baş vermiş terror aktı nəticəsində ölənlərin sayı 137-yə yüksəlib.

Bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

“Meyitlərin tanınması davam edir. Terror aktının baş verdiyi yerdə indiyədək 3-ü uşaq olmaqla 137 nəfərin meyiti tapılıb",-deyə məlumatda qeyd olunur. 

***13:03

Rusiyanın Moskava vilayətinin “Crocus City Hall” konsert kompleksində terror aktı zamanı 133 nəfər həyatını itirib. 

Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. 

Terrorçuların atəş açması zamanı xəsarət alanların sayı 154 nəfərə çatıb. 

Həlak olanlardan üçü, xəsarət alanlardan isə səkkizi azyaşlılardır.

BAKU.WS