Rusiya XİN: Terror aktına lazımi hüquqi və siyasi qiymət veriləcək
23
mar
2024
18:35
Moskva vilayətindəki "Crocus City Hall"da baş verən terror aktına lazımi hüquqi və siyasi qiymət veriləcək.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
O bildirib ki, Rusiya terrorizmlə mübarizəyə yönəlmiş bütün səyləri dəstəkləyir: “Rusiya faciəyə biganə qalmayan hər kəsə minnətdardır”.
Qeyd edək ki, ötən axşam "Crocus City Hall" mərkəzində terror aktı baş verib. Hadisə nəticəsində 115-dən çox adam ölüb. Hadisə ilə bağlı 11 nəfər saxlanılıb.
Oxşar xəbərlər
“Crocus City Hall”a terror hücumunda şübhəlinin dindirilmə anı: “500 min rubla görə öldürdüm” - VİDEO
Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror hücumunda şübhəli bilinənlərdən birinin dindirilməsinin görüntüləri yayılıb. Məlumata...