İstanbulda sökülən binada qorxunc OLAY - Son anda xilas oldu - FOTO
Türkiyədə, İstanbulun Avcılar hissəsində bina söküntüsü zamanı qorxunc anlar yaşanıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb, boş olduğu ehtimal edilən binanın 4-cü mərtəbəsindən evsiz şəxsin çıxması olub.
Beləöki, söküntü zamanı içəridə yatan şəxs daha sonra pəncərədən boylanaraq prosesin dayandırılmasını istəyib.
Mühafizçilər bu gün səhər saatlarında binaya baxdıqlarını deyiblər. Söküntü işləri zamanı binada yatdığı aşkarlanan evsiz şəxs çantasını belinə alıb çölə çıxıb. Evsiz adam qrupların "Binada başqa kimsə varmı?" sualına "Mən nə bilim" cavabını verdikdən sonra uzaqlaşıb. Evsizin binanı tərk etməsindən sonra qruplar söküntü işlərini qaldıqları yerdən davam etdirib.
Qalereya
Oxşar xəbərlər
ABŞ-də 44 il haqsız yerə həbs yatan şəxsə 25 milyon dollar təzminat ödəniləcək - FOTO
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Şimali Karolina ştatında 54 yaşlı qadına təcavüz etmək ittihamı ilə 44 il həbsdə olan qaradərili Ronnie Lonqun günahsız oldu...