ABŞ-də 44 il haqsız yerə həbs yatan şəxsə 25 milyon dollar təzminat ödəniləcək - FOTO

ABŞ-də 44 il haqsız yerə həbs yatan şəxsə 25 milyon dollar təzminat ödəniləcək - FOTO
Foto
Siyasət 115

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Şimali Karolina ştatında 54 yaşlı qadına təcavüz etmək ittihamı ilə 44 il həbsdə olan qaradərili Ronnie Lonqun günahsız olduğu ortaya çıxıb.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ABŞ Apellyasiya Məhkəməsinin hakimi Stefani Teker bildirib ki, polisin qəsdən maddi sübutları gizlətdiyi müəyyən edildikdən sonra Lonqun məhkumluğu ləğv edilib.

Haqsız yerə 44 il 3 ay 17 gün həbsdə olan Lonqun vəkilləri razılaşdırılmış rəqəmi (25 milyon dollar) ölkədə "ən böyük haqsız yerə məhkumluq zərərlərindən biri" kimi qiymətləndiriblər.

Lonqun təzminat iddiası qaldırdığı Konkord Şəhər Şurasından verilən yazılı açıqlamada bildirilib ki, onlar Lonqun haqsız yerə məhkum edilməsinə səbəb olan əvvəlki işçilərinin əhəmiyyətli səhvləri və qəsdən sui-istifadələri üçün məsuliyyəti qəbul edir:

"Cənab Lonq və ailəsindən alınan hər şeyi tam qaytaracaq heç bir tədbir olmasa da, biz keçmişin səhvlərini düzəltmək və bu müqavilə ilə məsuliyyəti öz üzərimizə götürmək üçün əlimizdən gələni edirik".

ABŞ mediasında yayılan məlumata görə, 68 yaşında olan Lonq 1976-cı ildə anadan olub. 21 yaşında o, "ağdərili qadına təcavüz etməkdə və oğurlamaqda" günahlandırılıb və ağdərili şəxslər tərəfindən ömürlük həbs cəzasına məhkum edilib.

Son xəbərlər